Maşa və ayının Azərbaycan buraxılışı ermənilərin gözünə batıb Baku TV
Maşa və ayı nın Azərbaycan buraxılışı ermənilərin gözünə batıb Baku TV Cəmi iki həftə öncə sevinc hissi ilə xəbər vermişdik ki, Rusiya cizgi film şirkətinin istehsalı olan, uşaqların sevimlisi Maşa və Ayının növbəti bölümü Azərbaycandan bəhs edir. Bu gün isə məlum oldu ki, Cırtdan xalq nağılının əsasında hazırlanan bölüm cizgi filminin rəsmi yutub səhifəsindən silinib. Buna səbəb olan isə yenə də Azərbaycanın daim onlardan irəlidə olmasını gözü götürməyən mərdimazar ermənilərdir. Belə ki, Azərbaycanın xəritəsi ilə başlayan, məşhur Cücələrim mahnısından da istifadə edilən cizgi filminin süjet xətti, sözün əsl mənasında, ermənilərin gözünə batıb. Elə bu səbəbdən həmin bölümü şikayət edərək yutubdan sildiriblər. Qeyd edək ki, avqustun 12si təqdim olunan, Azərbaycana xas koloritlərlə zəngin, milli mətbəximizə aid təndir çörəyindən tutmuş paxlava, dolmaya qədər bəhs edilən cizgi filminin sözügedən bölümü uşaqların sevimlisi olan bir çox dünyaca məşhur filmlərdən daha çox izlənmişdi. Kanalı
|
|