Ali baş komandanın əmrini gözləyirik
Ötən gecə təxminən 4ə işləmiş atışma başladı, indiyədək də davam edir. İriçaplı silahlardan topdan, qrantdan atəş açırdılar. Atışma indiyədək davam edir. Gün ərzində kəndə 5 mərmi düşüb. Bu sözləri Meydan TVyə Ağdam rayon sakinləri deyir. Onların sözlərinə görə, atışmaya baxmayaraq, əhali ərazini tərk etməyib: Əhaliyə yox, malqaraya ziyan dəyib. Bütün cavanlar burdadır. Silah versinlər gedək irəli. Rayon sakini Xudaverdi Quliyev deyir ki, əhali arasında ruh yüksəkliyi var: Biz ordumuza güvənirik
|
|