Paytaxtdakı narkotik yuvasının son aqibəti Baku TV
Paytaxtdakı narkotik yuvasının son aqibəti Baku TV Baku TV paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerinin narkotik yuvasına çevrildiyini işıqlandırdıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçib. Belə ki, narkotik istifadəçilərinin əlverişli toplanma yeri olan dəmir konteyner ərazidən kənarlaşdırılıb. Həmçinin keçilməsi çox rahat olan taxta hasarların da qısa müddət sonra yenilənəcəyi bildirilib. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikilinin yarımçıq qalması onun qanunsuz inşa edildiyi ehtimalını da artırır. Tikintinin nə üçün yarımçıq qaldığı, eləcə də yol verilən qayda pozuntuları ilə bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edək. Bu qurumdan isə bildirildi ki, tikinti zamanı yol verilən qayda pozuntularına görə Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır. Nazirlikdən isə zəngimizə cavab verilmədi. Ə
|
|