Türk PUA larının sirləri Rusiyaya satıldı Baku TV
Türk PUAlarının sirləri Rusiyaya satıldı Baku TV Türkiyədən satın alınan pilotsuz uçuş aparatlarının (PUA) Ukraynada yerləşdirildiyi bazanın komandirinin bu texnologiyanın sirlərini ruslara satdığı iddia edilir. Casusluq etdiyi deyilən polkovnikin cinayət başında yaxalandığı açıqlanıb. Ukrayna Milli Kəşfiyyat Xidmətinin üzə çıxardığı olayda hərbi baza komandirinin Rusiyaya casusluq etdiyi müəyyən olunub. Belə ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10cu Dəniz Aviasiya Briqadasının komandiri, polkovnik İlya Oleynkinin Rusiya tərəfinə casusluq etdiyi və əsas fəaliyyətini türk PUAlarının texnologiyasının öyrənilməsinə yönəltdiyi üzə çıxıb. Gizli fəaliyyəti ifşa edilən ukraynalı polkovnik dərhal saxlanılıb. Bundan sonra məlum olub ki, o, Rusiya Ordusu və Donbasdakı separatçılarla intensiv təmaslarda olub. Oleynikinin dindirilməsinin davam etdiyi, onun Bayraktar TB2 dronları ilə bağlı kritik məlumatlar əldə edə bilmədiyi deyilir. Bununla belə, onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir çox əməliyyat planları
|
|