Yeni Yasamalda mərkəzi istilik verilmir
76 yaşlı Zaman Məmmədov gecə qalın paltarlarla yatmalı olur. Yeni Yasamalda yaşayır, evlərinə istilik verilməyib. Mənzilini elektrik enerjisi ilə qızdırmalı olur. Bakı şəhərində yaşayış binalarına noyabrın 15dən mərkəzi istilik verilməlidir. Ancaq Yasamal sakinləri deyir ki, gah onlara yaxınlıqdaki borunun partladığını, gah da Azəriqaza borclu olduqlarını deyib istiliyin verilməsini yubadırlar. Məktəbdə istilik verilmədiyindən uşaqlar soyuq otaqlarda dərs keçirlər. Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin Azəriqaz İstehsalat Birliyinə 25 milyon manat borcu var. Bunu Azəriqaz İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev mediaya açıqlamasında deyib. Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətindən Rafiq Əliyevsə istilik verilməməsinin borcla bağlı olmadığını deyir. O bildirib ki, Yeni Yasamalda istilik borusunun üzərində həyət evi tikildiyindən axıntı baş verib, hazırda iş gedir. Zaman Məmmədov deyir ki, mərkəzi istilik verilsə, müəllim maaşının böyük hissəsini Azərişıqa ödəmək məcburiy
|
|