Ermənistanda matəmə dönən müstəqillik günü Baku TV
Ölkədə matəmə dönən müstəqillik günü Baku TV Ermənistan müstəqilliyin 30cu ildönümünü qeyd edir. Lakin ölkədə bayramdan çox qalmaqal və matəm abhavası var. İlk növbədə, İkinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin valideynləri etiraz edirlər. Bildirirlər ki, artıq bir il ötsə də, onlara verilən cəsədlərin oğullarına aid olubolmadığından əmin deyillər. Çünki DNTnin cavabına güvənmirlər. Bu dövlətdən nə desən gözləmək olar, deyə erməni valideynlər bildirib. Qeyd edək ki, erməni yüksək vəzifəli şəxslər müstəqilliyin 30cu ildönümü münasibəti ilə Yerablur hərbi məzarlığını ziyarət ediblər. Bütün ermənilərin katolikosu II Qaregin hökumət nümayəndələri ilə birlikdə qəbiristanlığa gəlməyib. Bu da bir daha erməni kilsəsinin hakimiyyətin yanında olmadığını göstərir. Üstəlik, jurnalistləri qəbiristanlığa buraxmayıblar. Rəsmilərin ziyarəti zamanı ərazi qırmızı lent və polislə mühasirəyə alınıb. Kanalın əsas məqsədi dünyada və ölkədə bas verən ən vacib və maraqlı xəbərləri azərbaycan və ru
|
|