AYƏ TULLAH CƏ FƏ R SÜ BHANİ AZƏ RBAYCAN PREZİ DENTİ NƏ MƏ KTUB YAZIB
Ayətullah Sübhaninin Azərbaycan Respublikası prezidentinə məktubu Azərbaycan Respublikasının hörmətli prezidenti Cənab İlham Əliyev Salam əleyküm. Azadlıq sözü insanların eşitdiyi və həmişə ondan həzz aldıqları ən şirin sözdür. Ondan daha şirin olanı isə insanların bu sevinc müraciətini öz həyatında müşahidə etməsidir. Bu zaman bu mənəvi nemətin dəyərini ölçmək qeyri mümkündür. Azərbaycan xalqı uzun illər sabiq SSRİnin müstəmləkəsi altında yaşamış və hərtərəfli təzyiqlərə məruz qalmışdır. Bu quruluş dağıldıqdan sonra azadlıq nəsimi bu diyara əsdi və azadlıq ruhu istər müsəlman, istərsə də qeyrimüsəlman, bütün azərilərə üfürüldü. Sevinirdilər ki, hamısı qardaş və bərabər şəkildə birbirinin yanında yaşayacaq və birbirinin inanc və mərasimlərinə hörmətlə yanaşacaqlar.
|
|