Bir ailənin iki vunderkindi Baku TV
Bir ailənin iki vunderkindi Baku TV Bir ailənin iki fəxri, iki vunderkind. Söhbət Şirvan şəhərində yaşayan Yusifovlar ailəsindən gedir. Daha doğrusu, sadə ailədə böyüyən istedadlı bacıqardaşdan. Onların hər ikisi Bakı Ali Neft Məktəbinin (BANM) tələbələridir. Əli Yusifov 2017ci ildə qəbul imtahanlarından 690 bal toplayaraq yüksək nəticə ilə BANMin Neftqaz mühanəndisliyi fakültəsinə daxil olub. Hazırda isə Malayziyada dövlət sifarişi əsasında təhsilini davam etdirir. Cəmilənin də buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələr bu uğurun təsadüfi olmadığını göstərir. Qardaşının göstəricilərindən və uğurundan stimul alan Cəmilə builki qəbul imtahanlarında 685 bal toplayaraq BANMin İnformasiya təhlükəsizliyi ixtisasını seçib. İndi təkcə bir ailənin, bir məktəbin deyil, bütün rayonun fəxri sayılan Əli və Cəmilənin uğurları valideynlərinin də sevincini birəbeş artırıb. Bacıqardaşın nəaliyyətlərində təhsil aldıqları 1 saylı tam orta məktəbin müəllimlərinin də əməyi danılmazdır. Kana
|
|