Fətəli xan bacısını niyə zorla ərə verdi BAKU TV
Fətəli xan bacısını niyə zorla ərə verdi BAKU TV Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı. Mövcud xanlıqları birləşdirmək isə mümkünsüz görünürdü. Belə bir zamanda 22 yaşlı Fətəli Qubada taxta oturur. Hakimiyyəti dövründə o, Bakı, Dərbənd, Şamaxı, Şəki, həmçinin Talış, Gilan və Ərdəbili də özünə tabe edir. Fətəli xanın nüfuzu getdikcə artmağa başlayırdı. 1760cı ildə Dərbəndi bir güllə belə atmadan işğal edən Fətəli xan Əmir Həmzə ilə olan dostluğunu möhkəmləndirmək üçün 1766cı ildə onun bacısı Tuti Bikə ilə evlənir və Dərbəndin idarəsini həyat yoldaşına tapşırır. Lakin verdiyi bir sözə əməl etməməsi Fətəli xana baha başa gəlir. Əmir Həmzə ilə nikahına söz verdiyi bacısı Xədicə Bikəni 1767ci ildə Bakı xanı Məlik Məhəmməd xanla evləndirir. Bu, Əmir Həmzəyə böyük zərbə olur. Ətraflı Baku TVnin Sərkərdə Qubalı Fətəli xan araşdırmasında. t. me, bakutvxeber Fətəli xan bacısını niyə zorla ərə verdi 2023 All Rights Reserved Baku TV , fetelixan, yekaterina, serkerde
|
|