Şamaxının ucqar Dəmirçi kəndində 3 mobil klinikanın təqdimatı Baku TV
Şamaxının ucqar Dəmirçi kəndində 3 mobil klinikanın təqdimatı Baku TV PROACTCare layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxının Dəmirçi kəndində TƏBİBə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib. Yeni mobil klinika rayonun ucqar dağ kəndlərində əsasən də qış aylarında çətin relyefə malik kəndlərdə xidmət göstərəcək. Burada qeyriinfeksion xəstəliklərin vaxtlıvaxtında diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq. Mobil klinikadan Şamaxıda COVID19a qarşı mübarizədə də istifadə olunacaq. Daha sonra mobil kilinikalar TƏBİB rəsmisinə təqdim olunub. Klinikanın içərisinə baxış keçilib. TƏBİB sədri Ramin Bayramlı bildirib ki, ölkənin bütün regionlarında tibb mərkəzlərinin yaradılması planlaşdırılır. İlkin olaraq Şamaxının, daha sonra ölkənin bütün ucqar kəndlərində vətəndaşların ən yüksək səviyyədə ilkin tibbi yardım almaları üçün bu cür yeniliklər həyata keçirilir. Bu layihənin icrasında ÜSTn
|
|