Görkəmli sərkərdə Əlağa Şıxlinskinin xatirəsi məzarı önündə anıldı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin görkəmli hərbi xadim general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər davam edir. Bu tədbirlər silsiləsinin davamı olaraq apelin 23də böyük sərkərdə general Ə. Şıxlinskinin Yasamal qəbirstanlığındakı məzarı önündə anma tədbiri keçirilib.
|
|