Haqqın şairi Əli Nasir 1989 cü ildə Azadlıq meydanında
Videkadrlar 1989cu ilin noyabrında çəkilib. Azadlıq meydanında keçirilən mitinq Meydan hərəkatının birinci ildönümünə həsr olunub. Tribunada çıxış edən şəxs şair Əli Nasirdir. Ondan başqa tribunada hərəkat liderləri, o cümlədən artıq yaradılmış Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy, şair Xəlil Rza, AXC lidelərindən Etibar Məmmədov, Sabit Bağırov və başqaları da var. Hələ sovet dövrü olduğu üçün çıxış edən şair sovet imperiyasından, onun xalqımıza etdiyi təzyiqlərdən, ancaq xalqın dəyanət və mətanət göstərərək köləyə dönmədiyindən bəhs edir. Hələ 20 Yanvar faciəsinə iki ay qalır.
|
|