Aliaga Vahid Qezel
Əvvəlindən salan olsaydı əgər başə bizi, Cəhlimiz salmaz idi, məncə, dağadaşə bizi. Azacıq elmimiz olsaydı əgər əsrə görə, Boyun əydirməz idi qonşuya, yoldaşə bizi. Nə hünər var, nə biligmiz, nə də bir dövlət ü mal, İtə atsan da yeməz, hiss eləməz laşə bizi. Şübhəsizdir tüpürər surəti idbarımıza, Göstərə olsa bu sima ilə nəqqaşə bizi. Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin, Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi.
|