Şuşadan danışarkən kövrələn qazi işlə təmin olundu Baku TV
Şuşadan danışarkən kövrələn qazi işlə təmin olundu Baku TV İyulun 14də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə qəbul edilən Ruslanı elə iş başında Baku TV olaraq biz də ziyarət etdik. Ruslan döyüşlərdə iştrak etməzdən əvvəl tamamilə fərqli bir sahədə çalışıb, aşpaz işləyib. İndiki işində isə şəhid ailələrinin üzvləri, bəlkə də birlikdə çiyinçiyinə vuruşduğu döyüş dostları ilə qarşılaşacaq. Qeyd edək ki, Ruslan Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Onu da bildirək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Suqovuşanın azadlığı uğrunda və Cəsur döyüşçü medalları ilə təltif edilən qazimizə iyunun 14də dövlət başçısı tərəfindən Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib. Kanalın əsas məqsədi dünyada və ölkədə bas verən ən vaci
|
|