Aşıq Mikayıl Azaflı Kimidi (şeir)
Adam var dünyanı tarımar qoyar Adam var can verən loğman kimidir Adam var nur səpər, işıq yandırar Adam var fitnəkar şeytan kimidir Adam var yanına alim düzülər Adam var əmrində başlar üzülər Adam var dilindən mərcan süzülər Adam var zəhərli ilan kimidir Adam var vurğundur düz, həqiqətə Adam var dərs deyib min xəyanətə Adam var gün gəzir hər cəmiyyətə Adam var dəhşətli tufan kimidir Adam var insandı, sədaqəti var Adam var üzündə qurd sifəti var Adam var kamalı, mərifəti var Adam var yırtıcı heyvan kimidir Adam var unutmaz məzhəbi, dini Adam var el satar qəzəbi, kini Azaflı qohumun, dostun xaini O, namərd düşməndən yaman kimidi Kanalda yerləşən videoların təkrarən youtube kanalına yüklənilməsi qadağandır. Şikayət ediləcək Digər yerlərdə yayımlanması link şəklində mümkündür. Əziz dinləyicilər xahiş edirik kanala dəstək olun
|
|