Azərbaycan Ermənistanı silahlandıranları qeyri dost hesab edəcək
Prezidentin yalnız Ermənistanın baş naziri ilə sonuncu görüşü və bu ölkə ilə münasibətlərin normallaşması prosesi barədə dedikləri gündəm yaratmadı. Bu dəfə də çoxları payını aldı. Xüsusilə sözdə bizi, əməldə Ermənistanı dəstəkləyənlər. Bu dəfə daha qətiyyətli idi mesajlar. Ermənistanın silahlanmasına yenidən pul ayıran dövlətləri rəsmi Bakı qeyridost adlandıracaq. Ümumiyyətlə, Prezidentin müşavirədəki nitqinin böyük bir hissəsi məhz Qarabağ məsələsi ilə bağlı idi. Açıq sual qalmadı. Dövlət başçısı bütün məqamlara təktək aydınlıq gətirdi. Əməkdaşımız Leyla Behbudlu süjetində dövlət başçısının ən önəmli mesajlarını toplayıb. , İTV , İTVXəbərYekun , ictimaitv, video, televiziya, baku, videolar, itv
|
|