Dəccalın zühuru (1 ci hissə) Qiyamətin böyük əlamətləri
Adəmin (Allahın ona salamı olsun) dövründən axirətə qədər Dəccal fitnəsindən daha böyük, daha sərt və daha aldadıcı bir sınaq görülməmişdir. Peyğəmbər (Allahın xeyir duası və bərəkəti onun üzərinə olsun) belə buyurmuşdur: Bütün peyğəmbərlər öz ümmətlərini Dəccalın gələcəyi haqda xəbərdar etmişlər. Mən peyğəmbərlərin ən sonuncusuyam. Sizlər isə xalqların ən sonuncususunuz. O, sizlərin içindən çıxacaq. Başqa cür ola da bilməz. O, sizin dövrünüzdə peyda olacaqdır.
|
|