İranın dərdi nədir Allah, yoxsa İsrail
Görünən odur ki, İran rejiminin Azərbaycana qəzəbi xüsusidir. İkinci Qarabağ müharibəsində Azərbaycanın daim İran tərəfindən dəstəklənən Ermənistanı məğlub etməsi, bölgədə Türkiyənin nüfuzunun artması, İsrailTürkiyə münasibətlərində yumşalma İranı güclü şəkildə narahat etdi. Ona görə də 44 günlük müharibədən az sonra onun nəticələrini heç cür sinirə bilməyən İran Azərbaycanla münasibətləri gərginləşdirmək, onunla təzyiq dili ilə danışmağa cəhd etmək xəttini götürdü. Bizi sosial şəbəkələrdə izləyin: Telegram: t. me, AzadIranTelegram
|
|