İran səhvini niyə düzəltmir BAKU TV
İran səhvini niyə düzəltmir BAKU TV İranda küçələrdən birinə Şuşi adı verilməsi bu ölkədəki səfirimizin haqlı narazılığına səbəb olub. Məsələ ilə bağlı diplomat Əli Əlizadə İranın IRIB xəbər agentliyinə müsahibəsində maraqlı açıqlamalar verib. Azərbaycan torpağı olan Şuşanın adını hansısa küçədə yanlış olaraq Şuşi kimi qeyd etmək, sözsüz ki, hər iki ölkənin xalqı tərəfindən xoş qarşılanmır. Gərək bunlara diqqət edib, həssas məsələlərdə birbirimizin fikirlərini nəzərə alaq, deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin noyabrında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub, məsələn Bakı yerinə Badikübə, Şuşa yerinə isə Şuşi. Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində Azərbaycan yazıblar. Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib. Baku TV 2018ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV
|
|