Nardaranda hicab yasağına etiraz edirlər
Dekabrın 16da Nardaranın minlərlə sakini toplaşıb, Biz ölərik Hicabı əldən vermərik şüarı səsləndiriblər. Nardaran pirində keçirilən mərasimdə dindarlar hicabın qadağası ilə bağlı prezidentə və Təhsil nazirinə müraciət ünvanlayıblar və imza toplama kampaniyasına başladıqlarını bildiriblər. Ötən həftə Bakıda orta məktəbli qızların hicab taxmasına qoyulan məhdudiyyətə etiraz olaraq Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilib. 10dan çox adam saxlanıb.
|
|