85 ailənin taleyi necə olacaq YATAQXANA UÇ A Bİ LƏ R
, APATV , 85ailə , 85ailənintaleyi , Sumqayıtşəhəri , yataqxana , 29cuməhəlləsi , MusaCəfərov Bu bərbad vəziyyət Sumqayıt şəhərində yerləşən 1 saylı yataqxanada yaşanır. Hətta bina sakinlərindən biri buradan keçərkən başına beton qırıntısı düşüb və o xəsarət alıb. Söhbət şəhərin 29cu məhəlləsində yerləşən 1 saylı yataqxanadan gedir. Yataqxana 1950ci ildə inşa olunub və Alüminium zavodun balansında olub. Burada vaxtilə həmin zavodda çalışan işçilər yaşayıb. Hazırda isə yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. 85 ailənin yaşadığı 1 saylı yataqxanada acınacaqlı vəziyyət hökm sürür. Sakinlər deyirlər ki, binada yaşamaq olduqca təhlükəlidir. Hətta çökmə təhlükəsi belə var. Yataqxanada qalan Musa Cəfərov deyir ki, gözü görmür, gedəndə ora adamın başına daş tökülür: Gərək burada birimiz ölək ondan sonra yaxşı ola Onda kim cavab verəcək Sevda Ağayevanın sözlərinə görə, icra hakimiyyətinə müraciət etsələr də, şikayətlərinə baxan yoxdur: Bi
|
|