|
Kəndlilər (1939 cu il)
Rejissor Səməd Mərdanovun filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. Məzmun: Müsavat hökumətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır.
|
|